ABŞ Ordusu Yaxın Şərqdə İran yönümlü qruplaşmalara zərbələr endirməyə davam edəcək. Bu barədə ABŞ prezidenti Co Bayden bəyan edib.
"Bu gün bizim cavab hərəkətlərimiz başladı. Onların harada və nə vaxt davam edəcəyinə qərar verəcəyik", - şənbə gününə keçən gecə Ağ Ev ABŞ liderinin bəyanatını yayıb.
Bayden əmin edib ki, Yaxın Şərqdə münaqişəyə can atmır, lakin bölgədəki ABŞ hərbçilərinə hücum hallarına cavab verəcək. **