İraq Silahlı Qüvvələri ABŞ-ın ölkənin sərhəd rayonlarında milislərə yığma qoşun döyüşçülərinə endirdiyi zərbələri pisləyib və xəbərdarlıq edib ki, bu cür hərəkətlərin nəticələri bütövlükdə bölgədəki vəziyyət üçün gözlənilməzdir.
İraq Silahlı Qüvvələrinin baş komandanı Yəhya Abdullanın yaydığı bəyanatda deyilir ki, ABŞ-ın hücumları «İraqın suverenliyinin pozulmasıdır», həmçinin «İraq və bölgəni gözlənilməz nəticələrə gətirəcək təhlükədir».
Məmur diqqətə çatdırıb ki, «zərbələr İraqın regionda sabitliyi təmin etmək istədiyi dövrdə həyata keçirilir».
ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi jurnalistlərə bildirib ki, ABŞ hücumlardan əvvəl İraq hökumətini bu barədə məlumatlandırıb. Onun sözlərinə görə, ABŞ yeddi obyektdə 85-dən çox hədəfə hücum edib. **