ABŞ Kiyevi müharibənin davam etdirilməsinə təhrik edir və Rusiyaya qarşı düşmənçilik münasibətini saxlayır, lakin Moskva ayıq-sayıqdır. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri peskov bəyan edib.
Peskov «Rusiya-1» telekanalının "Moskva. Kreml. Putin” proqramına müsahibəsində Kiyevə səfər edən ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın bəyanatını şərh edib. Jurnalist Pavel Zarubin öz Teleqram kanalında həmin müsahibədən bir hissəni yerləşdirib.
"Bir qayda olaraq, Viktoriya Nulandın Kiyevə səfəri yaxşı bitmir. Bu bizim 2014-cü ildə olduğu kimi, onun peraşki payladığı zaman, yadımızdadır", - Peskov bildirib.
Nuland bəyan edib ki, «cənab Putini döyüş meydanında xoş sürprizlər gözləyir və bu il Ukrayna çox ciddi uğur qazanacaq».
"Sürprizlərə gəldikdə, bəli, Birləşmiş Ştatlar bu münaqişənin birbaşa iştirakçısı olmaqla və özünün bu münaqişəyə birbaşa cəlb olunma dərəcəsini artırmaqla Kiyev rejimini müharibəni davam etdirməyə təhrik edir. Bu xüsusi hərbi əməliyyatın nəticəsinə heç bir şəkildə təsir göstərə bilməz. Bütün hədəflər əldə ediləcək", - Peskov qeyd edib.
«Rusiya bunu bilir», - o əlavə edib. «Biz ayıq-sayıqığ, prezidentimiz nə edəcəyini bilir, xüsusi hərbi əməliyyat davam edir», - Peskov deyib. **