İran yönümlü «İraq Islam Müqaviməti» hərbi qruplaşması şənbə günü ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdəki bazalarına növbəti zərbələr endirildiyini bəyan edib. Bu barədə İranın “Tasnim” agentliyi xəbər verir.
İraq qruplaşmasının məlumatında iddia olunur ki, İraqın Anbar əyalətində Əyn əl-Əsəd aviabazasına raketlər atıb. Bundan əlavə, qruplaşma Suriyanın cənub-şərqindəki Ət-Tənf bazasına zərbə endirmək üçün raket və PUA tətbiq etdiyi barədə məlumat verib. Həmçinin, qruplaşma Suriyanın Haseke əyalətindəki kiçik yaşayış məntəqəsinə zərbə endirdiyini bəyan edib. **