Azərbaycan 2023-ci ildə Rusiya Federasiyasından taxta-şalban idxalçılarının ilk beşliyinə daxil olub, tədarükün həcmi 516 min kubmetr təşkil edib.
«İnterfaks-Azərbaycan»ın «Roslesinforq»a istinadən verdiyi məlumata görə, 2023-cü ildə Rusiya taxta-şalban ixracının həcmi 20,7 milyon kubmetr təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən (23 milyon kubmetr) 10% azdır.
Təşkilatdan verilən məlumata görə, ötən il Asiya ölkələrinə taxta-şalban ixracının payı 2022-ci ildə 87% ilə müqayisədə 98%-ə çatıb.
2023-cü ildə Çin (13 milyon kubmetr) ən iri Rusiya taxta-şalban idxalçısı olaraq qalıb. Tədarükdə ikinci yeri ötən il idxalını 8% artıran Özbəkistan (2 milyon kubmetr), üçüncü yeri Qazaxıstan (926 min kubmetr, ildən ilə +17%) tutub.
Təşkilatın məlumatına görə, 2023-cü ildə Rusiyadan ən böyük taxta-şalban idxalçıların onluğuna Azərbaycan (516 min kubmetr), Tacikistan (482 min), Qırğızıstan (417 min), İran (392 min), Cənubi Koreya (340 min), Yaponiya (337 min) və Honkonq (283 min) daxil olub.
Ötən il daha çox Türkiyəyə məhsul ixracı 2,2 dəfə 254 min kubmetrədək artıb. **
R.Əhmədov