İran Xarici Işlər Nazirliyindən şənbə günü bəyan ediblər ki, ABŞ İraqdakı və Suriyadakı İran yönümlü qruplaşmalara zərbələr endirərək strateji səhv edib.
"Suriya və İraqa gecə zərbələri Amerika rəhbərliyinin avantürası və strateji səhvidir. Buna səbəb olacaq yeganə şey regionda gərginliyin artması və qeyri-sabitlikdir", - Qərb mediası İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kananinin bəyanatından sitat gətirib. **