ABŞ-ın Bağdaddakı müvəqəti işlər üzrə vəkili Devid Byorger şənbə günü İraq ərazisindəki hərbiləşmiş dəstələrin mövqelərinə ABŞ-ın zərbələri ilə əlaqədar İraq Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Yaxın Şərq mediası xəbər verir.
Qeyd olunur ki, ABŞ diplomatına etiraz notası təqdim olunub.
Bundan əvvəl İraq hökuməti məlumat verib ki, Vaşinqtonun İran yönümlü qruplaşmalara zərbə endirmə əməliyyatının Bağdad ilə koordinasiyası barədə iddialar həqiqətə uyğun deyil.
"Amerika tərəfi bu təcavüz ərəfəsində bizimlə koordinasiya barədə məlumat verərkən yalan deyib və faktları qəsdən saxtalaşdırıb. Bu, dünya ictimaiyyətinin rəyini yanıltmağa yönəlmiş yalan məlumatdır", - EFE agentliyi İraq hökumətinin rəsmi məlumatına istinad edir.
Bağdadda qeyd olunub ki, ABŞ zərbələri «İraqın və bütün bölgəmizin təhlükəsizliyini uçurumun kənarına qoyacaq». **