İraqın «Harakat ən-Nucaba» hərbiləşdirilmiş qruplaşması ABŞ-la qarşıdurmanın kəskinləşməsində maraqlı olmadığını bildirib, lakin cavab addımlarından imtina etmədiyi barədə xəbərdarlıq edib. Bu barədə şənbə günü Qərb mətbuatı xəbər verir.
«ABŞ başa düşməlidir ki, hər hərəkət qarşıdurmaya səbəb olacaq», - qruplaşmanın nümayəndəsi Hüseyn əl-Musəvi bildirib.
Eyni zamanda, o, Yaxın Şərq bölgəsində böhranı daha da ağırlaşdırmaq istəmədiyini vurğulayıb. «Biz regionda gərginliyin artmasını, genişlənməsini istəmirik», - o deyib. **