Avropa İttifaqının Qəzza zolağında İsrailin əməliyyatı ilə bağlı vahid mövqeyi yoxdur, bu da problemlə bağlı kollektiv addımları çətinləşdirir. Bu barədə Avropa diplomatiyasının rəhbəri Jozep Borrel şənbə günü bəyan edib.
«Bəzi nazirlər orada müddətsiz atəşkəs lazım olduğunu düşünürlər, digərləri isə belə düşünmürlər», - deyə o, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununda Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Borrel xatırladıb ki, hətta BMT-nin Qəzzadakı böhranla bağlı səsvermələrində Aİ ölkələri çox vaxt tamamilə əks mövqe tuturlar. **