ABŞ və Böyük Britaniya qoşunları bir sıra müttəfiqlərin dəstəyi ilə şənbə günü Yəməndə husilərin mövqeyinə hücum ediblər. Bu barədə bazar gününə keçən gecə Pentaqonun ABŞ, Böyük Britaniya, Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Niderland və Yeni Zelandiyanın birgə bəyanatında deyilir.
«Bu gün öz müvafiq hökumətlərinin göstərişi ilə Birləşmiş Ştatların və Birləşmiş Krallığın silahlı qüvvələri Avstraliya, Bəhreyn, Kanada, Danimarka, Niderland və Yeni Zelandiyanın dəstəyi ilə Yəmənin 13 yaşayış məntəqəsində husilərin 36 obyektinə bir sıra əlavə mütənasib və zəruri zərbələr endiriblər», - bəyanatda deyilir.
Bəyanatı imzalayanlar vurğulayıblar ki, onların məqsədi «hələ də gərginliyin azalması və Qırmızı dənizdə sabitliyin bərpası olaraq qalır». Onlar xəbərdarlıq ediblər ki, «insanların həyatını və ən vacib su yollarından birində sərbəst hərəkəti müdafiə etməyə davam edəcəklər». **