ABŞ Nümayəndələr Palatası gələn həftə İsrailə hərbi yardım göstərilməsi haqqında ayrıca qanun layihəsinə səs verəcək. Bu barədə şənbə günü CNN məlumat verib.
«Gələn həftə İsrail üçün ayrıca əlavə yardım paketini nəzərdən keçirəcəyik və qəbul edəcəyik», - Nümayəndələr Palatasının spikeri Mayk Consonun məktubundan sitat gətirilir.
Qanun layihəsinə İsrailə $17,6 milyard həcmində hərbi yardım, həmçinin «Yaxın Şərq regionunda ABŞ silahlı qüvvələrinin zəruri maliyyələşdirilməsi» daxildir.
Conson əmin edib ki, yardım paketi elə tərtib ediləcək ki, Senatdakı demokratların əksəriyyətində onun təsdiqinə qarşı heç bir arqument qalmayacaq. **