İsrail silahlı qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının mövqelərinə zərbələr endirib. Bu barədə “Times of Israel” İsrail Müdafiə Ordusunun (İMO) bəyanatına istinadən məlumat verir.
«İsrailin Blida və Meys əl-Cəbəl yaşayış məntəqələrində vurduğu hədəflər “Hizbullah” əməliyyatçıları ilə raket atmaq üçün mövqe və müşahidə məntəqəsini əhatə edirdi», - nəşr İsrail hərbçilərinin bəyanatından sitat gətirir.
Bundan əlavə, «Hizbullah»ın Blidadakı mövqeləri tankdan atəşə tutulub. **