Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat verir ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər Ermənistanın mina terrorunun qurbanı olub.
“Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğu kimi aktualdır. Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur. Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib”, - “İnterfaks-Azərbaycan” XİN-in sosial şəbəkədə paylaşımına istinad edir.
Nazirliyin məlumatına əsasən, 2020-ci ilin noyabr ayından bu günədək Azərbaycanda 343 nəfər Ermənistanın mina terrorunun qurbanı olub. **
R.Əhmədov