İsrailin müdafiə naziri Yoav Qalant ABŞ Prezidentinin enerji məsələləri üzrə müşaviri Amos Hokşteynlə söhbətində Livanla sərhəddəki böhranı diplomatik üsullarla həll etməyə hazır olduğunu bildirib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
“Biz bu böhranı diplomatik üsullarla həll etməyə hazırıq. Bununla belə, başqa ssenarilərə də hazırıq”, - deyə Qalant bildirib.
Hokşteynlə görüş Təl-Əvivdə baş tutub.
Öz növbəsində, İsrail televiziyası bildirib ki, Hokşteyn “Hizbullah”ın qüvvələrini İsraillə sərhəddən çıxarmasını nəzərdə tutan mümkün diplomatik həll barədə siqnallar verib.*