Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 5-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 5-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8316 manat/1EUR səviyyəsində (fevralın 2-nə 1.8485 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 5-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0186 manat/1RUB səviyyəsində (fevralın 2-nə 0.0188 manat/1RUB) müəyyən edib.
AMB fevralın 5-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0557 manat/1TRY səviyyəsində (fevralın 2-nə 0.0558 manat/1TRY) müəyyən edib.*
B.Rüstəmbəyov