4-8 fevral tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən “World Defence Show-2024” sərgisində Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının nümayəndələri ilə bir sıra görüşlər keçirib.
“World Defence Show-2024” sərgisinə 45-dən çox ölkədən 750-dən çox iştirakçı və 115 xarici nümayəndə qatılıb.*
R.Kərimov