Aqrar Sığorta Fondu 2023-cü ilin sonuna qüvvədə olan sığorta müqavilələri çərçivəsində kənd təsərrüfatı sektorunda ümumilikdə 542 milyon manat məbləğində risklərin qarşılanmasını təmin edib. Ötən il fond tərəfindən 16,9 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Fonddan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2023-cü ildə bitkiçilik sahəsindən toplanan sığorta haqlarının məbləği 13 milyon manat (2022-ci ilin göstəricisindən 48% çox) təşkil edib. Ötən il sığortalanmış əkinlərin sahəsi 380,476 min hektar (2022-ci ilin göstəricisi ilə müqayisədə 43% çox), fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı isə 506 milyon manat olub.
2023-cü ildə heyvandarlıq sahəsində 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib. 2023-cü ildə ümumilikdə 7843 baş iribuynuzlu və xırdabuynuzlu heyvan sığorta edilib.*
R.Əhmədov