Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçmək istəyərkən saxlanıldığını təsdiqləyib.
“Çexiya vətəndaşının saxlanıldığını (Azərbaycan tərəfindən – İF) təsdiqləyə bilərik”, - deyə Çexiya XİN nümayəndəsi Mariana Vernerova “Czech News Agency”yə bildirib.
Onun sözlərinə görə, Çexiya vətəndaşının saxlanılmasına səbəb onun Azərbaycan sərhədini qanunsuz keçməsidir.
Şənbə günü Azərbaycan KİV-ləri Çexiya vətəndaşının Ermənistandan Azərbaycana keçmək istəyərkən şərti sərhəddə saxlanılması barədə məlumat yayıb.*
R.Kərimov