Qazaxıstan hökuməti istefaya göndərilir, baş nazir vəzifəsini baş nazirin birinci müavini Roman Sklyar icra edəcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün müvafiq fərman imzalayıb.
Qazaxıstan hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
Qazaxıstan hökumətinə 2022-ci ilin yanvar ayından Alixan Smailov başçılıq edirdi.*