Qazaxıstan iki il ərzində Transxəzər marşrutu üzrə neft tədarükünün həcmini 3 milyon tona çatdırmaq niyyətindədir. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti xəbər verir.
Məlumata görə, 2023-cü ildə bu marşrutla 1 milyon ton neft nəql edilib. 2024-cü il üçün plan 1,5 milyon tona qədər neftin tədarük edilməsidir.
2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Həmin göstərişə uyğun olaraq “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından hasil edilən neftin ildə 1,5 milyon tonunun Bakı–Tbilisi–Ceyhan kəməri ilə nəqlini nəzərdə tutan saziş imzalanıb.*