Fevralın 5-nə Azərbaycan və Türkiyə Rusiyaya 13,3 milyon ədəd yumurta ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir.
“Fevralın 1-4-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 1,5 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurtanın növbəti partiyası daxil olub”, - deyə məlumatda bildirilib.*
R.Əhmədov