Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şamaxı şəhərində inzibati binanın layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması üzrə açıq tender elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, ikimərtəbəli binanın ümumi sahəsi 750 kvadratmetr təşkil edəcək. Həmçinin bır sıra yardımçı binanın tikintisi də planlaşdırılır.
Tenderdə iştirak haqqı 94,88 manatdır.
İddiaçılar təkliflərini 28 fevral saat 15:30-dək təqdim etməlidirlər. Təklif zərfləri 28 fevral saat 15:30-da açılacaq.*
B.Rüstəmbəyov