İsrailin xarici işlər naziri İsrael Kats fransalı həmkarı Stefan Sejurneilə görüşdə ölkə hakimiyyətinin mövqeyini təkrarlayıb: Livanla diplomatik sazişin bağlanmasının mümkün olmayacağı təqdirdə İsrail hərbi əməliyyatlara hazırdır. Bu barədə EFE agentliyi İsrail Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən bildirib.
“Kats vurğulayıb ki, Livanın cənubundan “Hizbullah” yaraqlılarının çıxarılması ilə bağlı diplomatik həllə nail olunmayacağı halda İsrail təxliyə edilmiş vətəndaşların öz evlərinə qayıtmasını təmin etmək üçün hərbi əməliyyatlara başlayacaq”, - deyə məlumatda qeyd olunub.*