2023-cü ildə Rusiyaya səfər etmiş əcnəbilərin sayı 15,4 milyon nəfər təşkil edib, onlardan 670,69 min nəfəri turizm məqsədilə səfər edib. Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin məlumatında deyilir.
Qazaxıstan Rusiyaya həyata keçirilmiş səfərlər üzrə lider olub. Bu ölkədən 3,16 milyon nəfər səfər edib. İkinci yerdə 3,1 milyon nəfərlə Özbəkistan, üçüncü yerdə 2,12 milyon nəfərlə Tacikistan qərarlaşıb.
Azərbaycan 8-ci pillədə yer alıb (476,7 min nəfər).
2022-ci illə müqayisədə Rusiyaya səfər etmiş əcnəbilərin ümumi sayı 15,7% artıb.*