Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub, o, müalicə kursuna başlayıb. Bu barədə “Sky News” Bukinhem Sarayına istinadən məlumat yayıb.
“III Çarlz prostat vəzinin xoşxassəli genişlənməsi ilə əlaqədar müalicə alsa da, müalicənin gedişində başqa bir problem aşkar edilib və krala xərçəng diaqnozu qoyulub”, - deyə məlumatda bildirilir.
Həkimlər müalicə müddətində krala ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər.
Xərçəngin hansı növ olması və xəstəliyin mərhələsi ilə bağlı təfərrüatlar bəlli deyil.*