Ağ Ev respublikaçıların İsrailə Ukraynaya yardım etməkdən və ABŞ-ın cənub sərhədinin möhkəmləndirilməsindən ayrı maliyyələşdirilməsi təklifini tənqid edərək, prezident Co Baydenin Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə bu qanun layihəsinə veto qoyacağına dair xəbərdarlıq edib.
Nümayəndələr Palatasının spikeri Mayk Johnson bazar günü NBC telekanalının efirində təsdiqləyib ki, palata bu həftə İsrailə 17,6 milyard dollar həcmində hərbi yardıma dair qanun layihəsinə baxacaq. Buna Ukraynaya yardım və Meksika ilə sərhədin təhlükəsizliyinin maliyyələşdirilməsi daxil deyil.
«Administrasiya iki partiyalı senatorlar qrupu ilə sərhədin mühafizəsini təmin edən və Ukrayna və İsrail xalqlarına dəstək verən milli təhlükəsizlik sazişinə nail olmaq, habelə bütün dünyada münaqişələrdən əziyyət çəkən mülki şəxslərə bu cür zəruri humanitar yardım göstərmək üçün işləyərək aylar sərf edib», - Ağ Evin bəyanatında deyilir.
Bəyanatda respublikaçıların İsrailə yardımla bağlı qanun layihəsi «arsız siyasi manevr» adlanır.
"İsrailin təhlükəsizliyi siyasi oyun deyil, müqəddəs olmalıdır. Administrasiya sərhəd təhlükəsizliyini təmin etmək üçün heç nə etməyən, Ukrayna xalqına (...) kömək etmək üçün heç nə etməyən, Amerika sinaqoqlarının (...) təhlükəsizliyini dəstəkləməyən, fələstinli mülki şəxslərə humanitar yardımdan imtina edən bu hiyləyə qətiyyətlə qarşı çıxır", - ABŞ administrasiyası vurğulayıb.**