Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8274 manat/1EUR səviyyəsində (fevralın 5-nə 1.8316 manat/1EUR) müəyyən edilib.
AMB fevralın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0188 manat/1RUB səviyyəsində saxlayıb.
AMB fevralın 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0556 manat/1TRY (5 fevral - 0.0557 manat/1TRY) səviyyəsində müəyyən edib.**
B.Rüstəmbəyov