"Azpetrol Ltd" şirkəti Şuşa şəhərində yeni modul tipli yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
“6 fevral tarixində “Azpetrol” şirkəti Şuşa şəhərində, sayca 103-cü modul tipli yanacaqdoldurma məntəqəsini istifadəyə verdi”, - “İnterfaks-Azərbaycan” şirkətin məlumatından sitat gətirir.
Yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.
“Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri Nəsimi rayonunda açılıb. Hazırda şirkətin bir maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir. **
N.Abbasova