Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Rabitə İdarəsi telekommunikasiya şəbəkə avadanlıqlarının alınması və quraşdırılmasına 1,6 milyon manata yaxın vəsait yönəldəcək “İnterfaks-Azərbaycan” dövlət satınalmaları portalına istinadən xəbər verir ki, bu məqsədlə Türkiyənin “Mysupplier İthalat İhracat Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 1 milyon 570,594 min manatdır.
İşlərin başa çatması tarixi – 30 noyabr 2024-cü ilə qədərdir. **
B.Rüstəmbəyov