Azərbaycan Respublikası Nazirlər Kabineti "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı"nı təsdiq edib.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən verilən məlumata görə, bu siyahıya 7 sahə daxil edilib: sənaye, kənd təsərrüfatı, informasiya və rabitə, turizm, tikinti, nəqliyyat, ticarət.
Qərara əsasən, İqtisadiyyat Nazirliyi qeyd olunan sahələrin inkişafının stimullaşdırılması istiqamətində əlavə yeni dəstək mexanizmlərinin yaradılması ilə bağlı təkliflərini altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. **
B.Rüstəmbəyov