Azərbaycanda fermerlərə 2023/2024-cü ilin payızlıq əkinlərə görəilkin mərhələdə 109,517 milyon manat ümumi məbləğdə subsidiya ödənilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,3 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilir.
263,992 min fermer (artım 2,8 dəfə) subsidiya alıb.
Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş543,298 min hektar (artım 2,1 dəfə)sahəni əhatə edir.
2023-cü ilin fevral ayında AKİA tərəfindən 93,904 min fermerə görə bəyan edilmiş258,349 min hektar sahə üçün ilkin mərhələdə 48 milyon 636 min manat məbləğində subsidiya ödənilib.
Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitin 25%-ni nağdlaşdıra, 75%-ni isə qeyri-nağd qaydada mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid ala bilər, habelə torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına və qurulmasına sərf edə bilərlər.**
X.Nəsirzadə