Ermənistanın baş naziri Nikol Paşinyana etimad səviyyəsi azalıb. Bundan “Gallup International Association”ln nümayəndəliyinin Ermənistanda keçirdiyi sorğunun nəticələri xəbər verir.
Sorğu yanvarın sonunda aparılıb, nəticələri çərşənbə axşamı dərc olunub.
Araşdırmaya görə, respondentlərin 38,1%-i Ermənistanın baş nazirinə tamamilə etibar etmir (2023-cü ilin noyabr ayında 35,5%-i), 15,1%-i Paşinyana tam etibar edir(noyabr ayında 20,4%-i).
Əsasən sorğuda iştirak edənlərin 28,3%-i (noyabrda 18,6%-i) etibar etmir, 13,1%-i - əsasən etibar edir(13,2%-i). Respondentlərin 4,6%-i (12,3%-i) cavab verməkdə çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 38,1%-i Ermənistan Konstitusiyasının dəyişdirilməməsinə, 34,2%-i - onun bəzi müddəalarının dəyişdirilməsinin, 13,4%-i - yeni Konstitusiyanın qəbul edilməsinin lehinə olduğunu bildirib.
Respondentlərin 29,3%-i növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri hesab edib, 26,9%-i isə buna qarşı çıxıb. **