Çərşənbə axşamı İstanbulda məhkəmə binasına hücum etməyə çalışan iki nəfər polis tərəfindən güllələnib. Bu barədə “Associated Press” agentliyi Türkiyənin daxili işlər nazirinə istinadən xəbər verir.
"Bu gün İstanbulda Çağlayan Məhkəməsi binası yaxınlığında nəzarət-buraxılış məntəqəsinə hücum cəhdi olub. (...) Hücum edən iki nəfər, kişi və qadın öldürülüb", - Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində məlumat verib.
O əlavə edib ki, insident nəticəsində 6 nəfər xəsarət alıb, onlardan 3 nəfər polis əməkdaşıdır.
İstanbul Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. **