Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinə səfəri çərçivəsində bir sıra işgüzar görüşlər keçirilib, müxtəlif istiqamətlər üzrə tərəfdaşlığın inkişafı məsələlərini müzakirə edib.
“İnterfaks-Azərbaycan” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, xüsusilə, Azərbaycanın nümayəndə heyəti Çinin nəqliyyat vasitələri istehsal edən müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub.
“Görüşlərdə ölkəmizin əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib”, - nazirlikdən vurğulanır.
Bundan başqa, qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji və bu sektora bağlı sənaye sahələrinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Azərbaycanda bu sahədə ixtisaslaşmış müəssisələrin qurulması üçün geniş imkanlar var.
Çin şirkətlərinin nümayəndələrinə ölkəmizdə “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, biznes təşəbbüslər üçün geniş perspektivlərin olduğu vurğulanıb, Azərbaycanda birgə istehsal müəssisələrinin qurulması imkanları nəzərdən keçirilib.
“Alibaba” şirkətinin Qloballaşma Ofisinin rəhbərliyi ilə görüşdə Azərbaycan məhsullarının “Alibaba” elektron ticarət platformasında satışa çıxarılması məsələləri müzakirə olunub”, - nazirlik qeyd edir. **
B.Rüstəmbəyov