2023-cü ildə Çexiya Azərbaycana təxminən 117,8 min ədəd smartfon ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 62,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Çexiya Statistika İdarəsinə istinadən xəbər verir.
Hesabat dövründə ixrac dəyər ifadəsində 82,1% - təxminən 96,8 milyon avroya qədər artıb.
2023-cü ilin dekabr ayında Azərbaycan Çexiyadan təqribən 12,6 min ədəd smartfon (+76,2%) idxal edib. İdxal dəyər ifadəsində 2,1 dəfə artaraq təqribən 10,8 milyon avro təşkil edib.
Çexiya Statistika İdarəsinin məlumatına görə, 2022-ci ildə Çexiya Azərbaycana 53,2 milyon avro dəyərində 72,4 min ədəd smartfon ixrac edib.**
R.Kərimov