Azərbaycan Respublikasının baş naziri Əlıi Əsədov “Qarabağ Universitetinin Nizamnaməsi”ni təsdiqləyib.
Çərşənbə axşamı müvafiq qərar imzalanıb və Nazirlər Kabinetinin saytında dərc olunub.
“Qarabağ Universiteti”nin nizamnamə fondu 10 milyon manat məbləğində təsdiq olunub.
Həmçinin Nizamnamə Universitetin idarə olunması qaydası və digər məsələləri müəyyən edir.
Xəbər verildiyi kimi, 2023-cü il noyabrın 28-də prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılacaq. **
B.Rüstəmbəyov