Saat 10.00-a olan məlumata görə, respublika üzrə 1 milyon 259 min 371 nəfər və ya seçicilərin 19.44%-i səs verib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında deyilir.
Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 840 nəfərdir.
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinə start verilib. Seçkilər ilk dəfə bütün ölkə ərazisində keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb, səsvermə saat 19:00-da başa çatacaq.
Prezident postu uğrunda 7 namizəd, o cümlədən hazırkı Prezident İlham Əliyev mübarizə aparır.
Azərbaycan Prezidenti 7 il müddətinə seçilir.*
X.Nəsirzadə