Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində seçici fəallığı yüksəkdir. Bunu MDB-nin baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.
“Səsvermə prosesi mütəşəkkil şəkildə keçirilir və yüksək seçici fəallığı müşahidə olunur. Bu, çox vacibdir.Biz Azərbaycanda prezident seçkilərində seçici fəallığını vətəndaşların bu seçkilərdə iştirak etməkdə və niyyətlərini təsdiqləməkdə, respublikada sülhün, sabitliyin, əmin-amanlığın hökm sürməsi üçün hər şey etməkdə maraqlı olmaları kimi dəyərləndiririk”, - deyə Lebedev Bakıda missiyanın seçkiləri müşahidə etdiyi seçki məntəqələrindən birində jurnalistlərə bildirib.
MSK-nın məlumatına görə, saat 12:00-a seçici fəallığı 38,57% olub, 2 milyon 499,033 min seçici səs verib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinə start verilib. Seçkilər ilk dəfə bütün ölkə ərazisində keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb, səsvermə saat 19:00-da başa çatacaq.
Prezident postu uğrunda 7 namizəd, o cümlədən hazırkı Prezident İlham Əliyev mübarizə aparır.
Azərbaycan Prezidenti 7 il müddətinə seçilir.*
R.Əhmədov