İsrail hakimiyyəti yeni atəşkəs sazişinin hazırlanması zamanı HƏMAS-ın irəli sürdüyü hərbi əməliyyatların tamamilə dayandırılması təklifi ilə razılaşmır. Bu barədə “Ynet” portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.
“Biz müharibəni dayandırmaq tələbini qəbul edə bilmərik”, - deyə rəsmilər bildiriblər.
Hakimiyyət nümayəndələri xatırladıblar ki, HƏMAS 1,5 min fələstinli məhbusun azad edilməsini də tələb edib.*