Azərbaycan və Qazaxıstanın xarici işlər nazirləri Ceyhun Bayramov və Murat Nurtleu telefon danışığı zamanı Bakı ilə Astana arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən bildirir ki, fevralın 7-də baş tutmuş telefon danışığı zamanı həmkarını Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edən C.Bayramov ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan ilə Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla danışan nazir iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.
“Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb”, - deyə XİN-dən vurğulanıb.*
B.Rüstəmbəyov