Azərbaycan şirkətləri 24-26 aprel 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək “KITF 2024” beynəlxalq turizm sərgisində iştirak edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Dövlət Turizm Agentliyi turizm sərgisində Azərbaycan şirkətləri üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə əlaqədar podratçı seçir.
Tenderdə iştirak haqqı 250 manatdır.
Telefon: (+99412) 505-87-04 (daxili 2304), (+99451) 229-60-15, əlaqələndirici şəxs – Mehman Bayramov. Email:mehman.bayramov@tourism.gov.az.
Tender təklifləri 29 fevral 2024-cü il saat 12:00-dək qəbul olunur. Təklif zərfləri də həmin tarixdə açılacaq.*
R.Kərimov