Qırmızı dənizdə gəmi nəqliyyatı marşrutlarına hücumlar hələlik neft tədarükündə ciddi fasilələrə gtirməyib, lakin idxalçı ölkələr istənilən gərginliyin vəziyyəti potensial olaraq dəyişə biləcəyi ilə bağlı əndişələr fonunda gecələr yuxusuz qalırlar. Bu barədə «S&P Global Commodity Insights» yazır.
Hücumlar konteyner xətlərinin işini pozsa da, neft tədarükü əsasən stabil qalır. Lakin əndişələr, fasilələr davam edəcəyi təqdirdə logistika zəncirlərinin çox sürətlə uyğunlaşmaq məcburiyyəti ilə əlaqədardır. Agentlik qeyd edir ki, neft tankerləri üçün mövcud müqavilələrin tez-tez dəyişdirilməsi çətin olduğundan cari daşımaların bir hissəsi Qırmızı dəniz ilə həyata keçirilməyə davam edəcək.
“S&P Global Commodity Insights”ın məlumatına görə, Qırmızı dəniz marşrutları üçün verilən istənilən yeni sığorta reysin qiymətini bir barrel üçün təxminən $1 və ya daha çox artıra bilər. Marşrutun dəyişdirilməsi reysin müddətini, yolda zamanı və yanacaq xərclərini artıracaq.
“S&P Global”ın məlumatına görə, son aylarda Qırmızı dəniz vasitəsilə təxminən 7-8 milyon neft və neft məhsulu daşınıb. Ekspertlər əlavə ediblər ki, bazar, əlbəttə ki, dəyişən axınlara uyğunlaşacaq, lakin marşrutun yenidən qurulması daha uzun müddət ərzində suda neftin miqdarının artmasına səbəb olacaq.
Ekspertlər qeyd edirlər ki, ümumilikdə, son həftələr ərzində Yaxın Şərqdə geosiyasi gərginlik artıb, lakin neft bazarları neft tədarükündə fiziki fasilələrin olmaması səbəbindən bu riskə əhəmiyyətli dərəcədə məhəl qoymayıblar. Onlar əlavə ediblər ki, eyni zamanda, regional risk neftin qiymətini zəif tələbat fonunda sabit saxlayır.
“S&P Global” 2024-cü ilin ikinci yarısında fundamental göstəricilərin yaxşılaşacağını və qiymətlərin artacağını gözləyir. Analitiklər yekunda qeyd edirlər ki, daha sərt iqtisadi tənəzzül və ya OPEC+ daxilində hasilatın məhdudlaşdırılması ilə bağlı fikir ayrılıqları bu il neft bazarları üçün ən böyük risk olaraq qalır. **