Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın iki qonşusunun Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu almasını nəzərə alaraq, Cənubi Qafqazı İttifaqın regionu adlandırıb, Ermənistan bu faktla hesablaşmalıdır.
"Regionumuzda çox mühüm dəyişikliklər baş verib, onlardan biri Gürcüstanın Avropa İttifaqına üzv olmaq üçün rəsmi namizəd statusu almasıdır. İki qonşumuz bu statusa malikdirlər (ikinci - Türkiyə - İF). Bu, bölgəmizə obyektiv təsir göstərir", - Paşinyan çərşənbə günü parlamentdə “hökumət saatı" çərçivəsində bildirib.
«Əgər əvvəllər “Aİ hara, bölgəmiz hara” deyirdiksə, indi Aİ, faktiki olaraq, bizim regionumuzdur», - o qeyd edib.
Onun sözlərinə görə, Ermənistan bu faktla hesablaşmalıdır.
«Bu nöqteyi-nəzərdən, Gürcüstanla strateji dialoqun başlanmasını vacib hesab edirəm», - Paşinyan deyib.
Yanvarın sonunda Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili Tbilisidə strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. **