Saat 17:00-a olan məlumata görə, respublika üzrə 4 milyon 590,075 min seçici və ya səsvermə hüququ olan şəxslərin 70,85%-i səs verib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov brifinqdə bildirib.
Hazırda səsvermə 6537 seçki məntəqəsindən 6521-də keçirilir.
MSK-dan bildiriblər ki, Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 840 nəfərdir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilər ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edir. Seçki məntəqələri saat 08:00-da açılıb, səsvermə saat 19:00-da başa çatacaq.
Prezident postu uğrunda 7 namizəd, o cümlədən hazırkı Prezident İlham Əliyev mübarizə aparır.
Azərbaycan Prezidenti 7 il müddətinə seçilir.**
X.Nəsirzadə