ABŞ-ın Yaxın Şərqdə olması heç nə ilə əsaslandırılmayıb və bölgədəki vəziyyətin destabilizasiyasına səbəb olur. Bu barədə çərşənbə günü İran prezidenti İbrahim Rəisi bəyan edib.
«Biz inanırıq ki, amerikalıların İraqda, Suriyada (...) və bütövlükdə regionda olması təhlükəsizliyi təmin etmir, onu pozur», - «Mehr» agentliyi Rəisinin sözlərindən sitat gətirir.
İran prezidenti xarici ölkələrin səfirləri ilə görüş zamanı belə bir açıqlama verib. O qeyd edib ki, İran «çətin dövrlərdə qonşu ölkələr üçün ən yaxşı dostdur».
Onun sözlərinə görə, region ölkələri problemlərin həlli üçün ən əlverişli şəraitdədirlər, əcnəbilərin olması problemləri nəinki həll etmir, həm də bu problemlərin yaranmasına səbəb olur. **