Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyası çərşənbə günü Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini yüksək qiymətləndirib.
“Biz seçkilərin təşkilinə əla qiymət verə bilərik. Mən artıq bir neçə dəfə ölkənizdəki seçkiləri izləmişəm, lakin belə fəallıq olacağını gözləmirdim. Sizi təbrik edirik, seçkilərin təşkilinə görə hamımızdan əla qiymət ala bilərsiniz”, - QDİƏT PA müşahidə missiyasının rəhbəri, bolqarıstanlı deputat Petar Kanev çərşənbə günü mətbuat konfransında bəyan edib.
Müşahidə missiyasının üzvü, rumıniyalı deputat Daniel Konstantin əlavə edib ki, «biz Azərbaycanda keçirilən prezident seçkilərinə nə qədər çox insanın maraq göstərdiyinin şahidi olduq».
"Seçki günü bir çox seçki məntəqələrinə baş çəkdik. Səsvermə prosesində əhalinin fəal marağını dərindən qiymətləndirirəm", - o qeyd edib.
Öz növbəsində, QDİƏT PA-nın baş katibi Asəf Hacıyev Azərbaycanda növbədənkənar prezident seçkilərində qanunvericiliyin pozulmadığını bildirib. «Səsvermə zamanı heç bir qanun pozuntusu aşkar edilməyib», - o vurğulayıb. **
R.Kərimov