Çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək prezident seçkilərində inamlı qələbə qazanması münasibətilətəbrik edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilir.
“Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ərdoğan “dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb”.
Əliyev göstərilən diqqətə və təbrikə görə Ərdoğana təşəkkürünü bildirib. **
R.Kərimov