Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovçərşənbə günü mətbuat konfransında bəyan edib ki, hazırki prezident İlham Əliyev növbədənkənar prezident seçkilərində 92,1% səs toplayaraq liderdir.
Pənahov vurğulayıb ki, indiyədək MSK tərəfindən bülletenlərin 54,47%-i hesablanıb.
Onun sözlərinə görə, Razi Nurullayev - 0,79%, Fuad Əliyev - 0,48%, Fazil Mustafa - 1,99%, Qüdrət Həsənquliyev - 1,78%, Zahid Oruc - 2,2%, Elşad Musayev - 0,66% səs toplayıblar.
MSK sədri vurğulayıb ki, növbədənkənar seçkilərdə fəallıq 76,73% təşkil edib, ümumilikdə 4 milyon 971,032 min seçici səs verib. "Müqayisə üçün 2018-ci ildə seçkilərdə fəallıq 74,5% təşkil edib, o zaman 3 milyon 962,116 min nəfər səs verib. Göründüyü kimi, seçkilərdə iştirak edənlərin sayı 1 milyondan çox artıb. Bu, seçicilərin fəallığının çox yaxşı göstəricisidir", - Pənahov əlavə edib. **
X.Nəsirzadə