İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Azərbaycan prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Rəisi təbrikdə qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ölkəmizin bütün ərazilərində ilk dəfə bu seçkilərin keçirilməsi daha böyük əhəmiyyət kəsb edir.
“(...) Əmin olduğumu bildirirəm ki, Zati-alinizin yenidən prezidentliyi dövründə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin yüksələn xətlə inkişaf etməsinə şahid olacağıq. Allah-taaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram”, - Rəisinin Azərbaycan dövlət başçısının saytında dərc olunan təbrikində deyilir. **
R.Əhmədov