Beynəlxalq Valyuta Fondu (BVF) 2029-2032-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,4% səviyyəsindən yuxarı proqnozlaşdırır.
Bu barədə BVF-nin 2023-cü ilin noyar ayında Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair hesabatında məlumat verilir.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, BVF-nin qiymətlədirmələrinə görə, 2024-2028-ci illərdə Azərbaycanda orta illik ÜDM-in artımı 2,3% təşkil edəcək.
Fondun baza ssenarisinə əsasən, 2029-2030-cu illərdə Azərbaycanda ÜDM-in artımı illik 2,4%, 2031-2032-ci illərdə – illik 2,5%-dək sürətlənəcək.
2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 1,1% təşkil edib. **
A.Əzizov